Modern.az

Prezident daha 16 min məhkumu əfv edib

Prezident daha 16 min məhkumu əfv edib

29 Dekabr 2011, 12:13

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qazaxıstanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə 16 mindən çox məhbusu əfv edib. Modern.az saytı xəbər verir ki, Qazaxıstan prezidentinin mətbuat xidmətinin açıqlamasın görə, ölkənin müstəqilik qazanmasının 20-ci ildönümü ilə əlaqədar Qazaxıstan Parlamenti ilə Senatının qəbul etdiyi əfv qanununu N.Nazarbayev təsdiq edib.  
Qazaxıstan ədliyyə naziri Rəşid Tusupbekov xırda və orta dərəcəli cinayətlərə görə həbs  olunan 18 yaşdan aşağı olan məhkumlar, hamilə və azyazlı uşaqları olan qadınlar, qocalar və fiziki qüsurlu şəxslərin bu qanundan faydalanacağını bildirib.
Bu, Qazaxıstanın müstəqillik qazanamsından sonra qəbul edilən 7-ci əfvdir.

Modern.az  

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı