Arxiv
25 Aprel 2019, 08:36 | HADİSƏ
Milli Qəhrəmanın bacısı qızını öldürən şəxs gizlədilir - Mərhumun əri ölkə başçısına MÜRACİƏT ETDİ

Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin bacısı qızı Lalə Salman qızı İmaməliyeva 2018-ci ilin iyun ayının 9-da baş vermiş yol-nəqliyyat hadisəsində həlak olsa da, qəzanı törədən sürücü bu günə kimi məsuliyyətə cəlb edilməyib. Bu barədə Modern.az-a mərhumun həyat yoldaşı Mahir Əjdər oğlu İmaməliyev məlumat verib. Göndərdiyi şikayət məktubunda M.İmaməliyev hadisəni araşdıran Nizami Rayon Polis İdarəsinin müstəntiqi Elşən Bədirzadənin fəaliyyətindən narazılıq edib. “Müstəntiq Elşən Bədirzadənin öz vəzifə səlahiyyətindən və mövqeyindən sui-istifadə edərək qeyri-obyektiv araşdırma aparmış, hadisəni törədən şəxsin əsl kimliyini gizlətmiş, olay yerinin görüntülərini mənə göstərməmiş və beləliklə də əsl cinayətkarı hadisədən kənarda saxlamışdır”,- deyə Mahir İmamiləyev bildirib. Şikayətçinin sözlərinə görə, həyat yoldaşı 1982-ci il təvəllüdlü Lalə İmaməliyeva ötən il 9 iyun tarixində saat 09:00 radələrində Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi, general Vüsal Novruzova məxsus çamaşırxanalardan birinin 85-CA-611 dövlət qeydiyyat nişanlı ”Opel Combo” markalı avtomobili vurub. “Bakı şəhəri Heydər Əliyev prospektində sürətlə hərəkət edən həmin avtomobil Nizami  RPİ-nin 23-cü PB-nin yaxınlığında dövlət yol patrul xidmətinin əməkdaşının “dayan” əmrinə tabe olmamış və bu zaman həyat yoldaşım Lalə İmaməliyevanı vurmuş və o, hadisə yerindəcə ölmüşdür”.

Mahir İmamiləyev bildirib ki, o, zərərçəkmiş şəxsin hüquqi varisi kimi hadisəni törədən sürücünün kimliyi barədə məlumat almaq üçün dəfələrlə iş üzrə araşdırma aparan Nizami RPİ-nin müstəntiqi Elşən Bədirzadəyə müraciət edib. “Lakin  müstəntiq şəxsi maraqlarını güdərək, hələ də hadisəni törədən əsl şəxsi gizlədib məsuliyyətə cəlb etmir. Hadisənin baş verdiyi ərazidə olan “təşlükəsiz şəhər  kameraları”nın  görüntüsünün mənə göstərilməsini dəfələrlə tələb etsəm də, buna da məhəl qoyulmur. Belə olan halda hadisəni törədən şəxsin əsl kimnliyi naməlum qalır. Bununla yanaşı, müstəntiq Elşən Bədirzadə mənimlə görüşündə birbaşa açıq-aşkar üzümə “get əlindən nə gəlir elə, bunların arxasında hörmətli insanlar durur və bu səbəbdən də mən hadisəni törədən  şəxsi tuta bilmərəm” deyərək, məni iş materialları ilə tanış etmir”.

Şikayətçinin sözlərinə görə, hazırda iş Nizami Rayon Məhkəməsinin icraatındadır: “Mən bu işi aparan hakim Mətanət Hacıyevaya ədalətli araşdırmaya görə və vəkilim Emin Məmmədova müstəntiq tərəfindən pozulmuş hüquqlarımı qoruduğuna görə minnətdaram. Hakim müstəntiqin etməli olduğu işi edir və uzun müddətdir ki, əsl cinayətkarı müəyyən etməyə çalışır,  müxtəlif dövlət orqanlarına sorğular göndərib. Əminəm ki, hadisəni törədən əsl şəxs gizlədilir”.

Mahir İmamiləyev bildirib ki, o, dəfələrlə bu işlə bağlı Baş prokuror Zakir Qaralova, Daxili İşlər naziri Ramil Usubova müraciət etsə də, reaksiya olmayıb:

“Ümid edirəm ki, haqq səsimi eşidən saytlar bu şikayəti dərc edəndən sonra həmişə vətəndaşının yanında olan Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse- prezident Mehriban xanım Əliyeva məsələyə diqqət ayıraraq, hadisənin ətraflı araşdırılması üçün müvafiq göstəriş verəcəklər”. Şikayətçi ölkə başçısından həyat yoldaşının ölümü ilə bağlı işin düzgün araşdırılması, günahkar şəxs və ya şəxslərin cəzalandirilmasını xahiş edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyada azərbaycanlı bloqer saxlanıldı 25 Avqust 2019, 00:53 Sumqayıtda iki qrup arasında kütləvi dava 25 Avqust 2019, 00:43 Bakıda avtobus iki piyadanı vurdu 25 Avqust 2019, 00:28 Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12 Xəzərdə batan 2 nəfər xilas edildi 24 Avqust 2019, 23:57 Fransada etirazçılarla  qarşıdurma 24 Avqust 2019, 23:38 Heydər Əliyev Mərkəzinin parkında konsert 24 Avqust 2019, 23:24 Türkiyədə polisləri daşıyan maşın aşdı: 2 ölü 24 Avqust 2019, 23:10 Sumqayıtda toy zamanı şadlıq evi yandı: 360 nəfər təxliyyə edildi 24 Avqust 2019, 22:59 Şəkidə yanğın 70 hektar ərazini kül etdi 24 Avqust 2019, 22:46 Sərbəst sözün işığı 24 Avqust 2019, 22:37 Ruhani  rialdan dörd sıfrı silir 24 Avqust 2019, 22:17 Goranboyda ağır qəza: 1 ölü, 5 yaralı 24 Avqust 2019, 21:44 "Səbail" I pilləyə yüksəldi 24 Avqust 2019, 21:30 Ərdoğan İmamoğlunu yenə tənqid etdi 24 Avqust 2019, 21:13 Kürdəmirdə daha bir fəhlə iş yerində öldü 24 Avqust 2019, 20:56 Rusiyada iki azərbaycanlı həbs olundu 24 Avqust 2019, 20:38 Gecə klubunda 52 nəfər saxlanıldı 24 Avqust 2019, 20:19 Tramp Makronla G7 sammiti öncəsi müzakirə apardı 24 Avqust 2019, 20:01 Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb 24 Avqust 2019, 17:56 Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü 24 Avqust 2019, 17:42 Ukrayna vətəndaşı Bakıda 160 min dollarlıq dələduzluq edib 24 Avqust 2019, 17:30 Çin Trampa rəsmi XƏBƏRDARLIQ etdi 24 Avqust 2019, 17:13 Azərbaycanın daha bir aparıcı bankına haker hücumu olub 24 Avqust 2019, 16:53 Türkiyədə zirehli avtomobil aşıb, 2 polis ölüb, 4-ü xəsarət alıb 24 Avqust 2019, 16:46 Zelenski Bakı ermənisini TŞ-nin rəhbəri postuna gətirir? 24 Avqust 2019, 16:31 Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü 24 Avqust 2019, 16:18 Sosial evləri kirayə verənlər: “Mənzilə ehtiyacları yoxdur, pul qazanmağı düşünürlər” 24 Avqust 2019, 15:53 ABŞ İran tankerini qəbul edən limanları sanksiyalarla hədələdi 24 Avqust 2019, 15:39 Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB 24 Avqust 2019, 15:27 İranda iqtisadi vəziyyət pisləşməkdə davam edir 24 Avqust 2019, 14:56 Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı - Fotolar 24 Avqust 2019, 14:49 Bakıda narkobaronlara qarşı əməliyyat: "Bibixanım" saxlanıldı - FOTOLAR 24 Avqust 2019, 14:21 Goranboyda növbəti ümumrayon aksiyası keçirildi 24 Avqust 2019, 14:05 Rusiya dənizdən raketlər atdı, hədəflər məhv edildi 24 Avqust 2019, 13:51