Arxiv
25 Aprel 2019, 11:53 | MƏDƏNİYYƏT
Təriqətlə məzhəbi yanlış təqdim edirlər  - İlahiyyatçı

Rəsul Mirhəşimli Bir çox hallarda təriqətlə məzhəbi yanlış təqdim edirlər. Məzhəb etiqatda, ibadətlərdə və hüquqda dini əmrlərə istinad edən, həmçinin bəzi əlavələr və rəylər, müqayisələr və fikirləri mövcud olan bir sistemdir.

Əslində, təriqət də etiqad, ibadət və hüquqda başqa bir sistemə sahib deyil. Təriqət qulu Allaha qovuşduran, zövq, nəşə və irfan yoludur. Sufilərə görə, bu yolu tutan adam varlığını Allaha təslim edər, hər şeydə Onun qüdrət və hikmətini görər. Tutduğu yola görə öz müvəqqəti varlığını hər zaman var olan Allahda yox edər. Sufilər hesab edir ki, hər şey Allahdan gəlir və sonda Ona dönəcək. Bir sözlə, şəriət elm yoludur, təriqət isə irfan, yəni insanın ruhi və mənəvi dünyagörüşü ilə bağlı yoldur.

Sufilərə görə, bütün insanların, hətta bütün yaradılmışların alıb-verdiyi nəfəs sayı qədər Allaha yol gedər. İlk sufilər özlərindən təcrübəli və yaşlı ustadlarından geniş miqyasda faydalandıqları üçün təriqətlər qurmayıb, hər biri özünə görə bir yol tutub. Bunlar düşüncələrini və mənəvi təcrübələrini söhbət yoluyla ətrafında toplananlara çatdırıblar.

Təriqətlər XII əsrdə ortaya çıxmağa başlayıb və daha sonra strukturlaşıb.  Təriqətdə Pir, yəni o təriqətin qurucusu olduğu qəbul edilən bir nəfər olmalıdır. Rufailik Seyid Əhməd Rufainin, Qadirilik Əbdülqadir Gilaninin, Bektaşilik Hacı Bektaş Vəlinin, Xəlvətilik Şeyx Əbu Abdullahın, Hürufilik Fəzlullah Nəiminin, Səfəvilik Şeyx Səfiəddinin adı ilə meydana çıxıb. Eyni zamanda, pirlərin təyin etdiyi xəlifələr (davamçılar), xəlifələrin təriqəti yaymağa məsul etdiyi şeyxlər və bu mürşidlərə tabe olan müridlər mövcuddur.

Təriqətlər şəriətə bağlı olmaq və olmamaqla iki yerə bölünür.  1.Təriqi-əxyar: İbadət və təqva yoluna üstünlük verən təriqətlər; 2.Təriqi-əbrar: Nəfsə çilə çəkdirmək yönü qazanan təriqət. Bir qisim araşdırmaçılar bu bölgüyə üçüncünü də əlavə edib, təriqul-şuttar adını veriblər. Bu da eşq və vəcd ilə hədəfə yetməyi məqsəd seçən təriqət adlanır.

İbn Bəzzaza görə, şəriət qanun, təriqət - əməl və hərəkət düsturu, həqiqət isə haldır: Haqqın müşahidəsi və mərifəti. Şəriət meyvənin qabığı olaraq, onu qoruyur, təriqət meyvənin içi və kütləsidir, həqiqət isə onun mahiyyətidir (əl-İnsanül-kamil. Əzizəddin Nəsəfi).

Şəriət, təriqət, həqiqət üçlüyünü qısaca belə anlatmaq mümkündür: “Şəriətdə o sənindir, bu mənim; təriqətdə o sənindir, bu da sənin, həqiqətdə o və bu, nə sənindir, nə mənim. Hər ikisi Allahındır.

Təsəvvüf heyrəti-kübrada məstü valeh olmaqdır, Təsəvvüf Haqqın əsrarında heyran olmağa derlər.

Təsəvvüf gündə min kərə ölüb, yenə dirilməkdir, Təsəvvüf cümlə aləm cisminə can olmağa derlər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Quş qripi" ilə bağlı monitorinqlərə başlanılır 12 Dekabr 2019, 16:44 Diaspor fəalları Kiyevdə Heydər Əliyevi andı - FOTOLAR 12 Dekabr 2019, 16:38 YAP-dan Siyavuş Novruzov AÇIQLAMASI: “Seçkidə əsas namizədlərdən olacaq” 12 Dekabr 2019, 16:36 Vasif Talıbov yeni qurum yaratdı 12 Dekabr 2019, 16:30 Tahir Kərimlinin partiyası da seçkilərə gedir 12 Dekabr 2019, 16:23 Bakı metrosunun iş vaxtı uzadıldı    12 Dekabr 2019, 16:16 Əli Əhmədov Zelenski ilə görüşüb 12 Dekabr 2019, 16:10 Ermənilər kilsəyə, məhkəməyə və siyasi partiyalara inamı itirib - SORĞU 12 Dekabr 2019, 16:01 Bakı-Məşhəd istiqamətində birbaşa uçuşlar başlanır 12 Dekabr 2019, 15:55 Azercell-dən 5G virtual oyunları və fotomüsabiqə! 12 Dekabr 2019, 15:50 Çempionlar Liqası: 1/8 final mərhələsinin püşkatmasının vaxtı bilindi 12 Dekabr 2019, 15:44 Heydər Əliyev Mərkəzi ümummilli liderin anım günü ilə bağlı videoçarx hazırlayıb 12 Dekabr 2019, 15:38 “Tərəflərin qarşılıqlı məqbul həll yolu tapması üçün hər şeyi edəcəyik” - Mariya Zaxarova 12 Dekabr 2019, 15:32 Xalq artisti xəstəxanalıq oldu 12 Dekabr 2019, 15:24 “Təəssüf ki, GUAM ciddi bir quruma çevrilmədi” - Ekspert 12 Dekabr 2019, 15:18 Heydər Əliyevin tarixi çıxışı: “Mənə deyiləndə ki, “Jurnalistlərin dostu” seçilmişəm, əvvəl inanmadım”  12 Dekabr 2019, 15:17 Bakıətrafı magistral yollarda hərəkət məhdudlaşdırılacaq 12 Dekabr 2019, 15:12 Heydər Əliyevin abidəsi önündə düşüncələr - Abbas Əliyev YAZIR 12 Dekabr 2019, 14:58 Tarix İnstitutu Heydər Əliyev İnstitutunun yaradılması ideyasını DƏSTƏKLƏDİ 12 Dekabr 2019, 14:53 Diaqnostik qiymətləndirmədən sonra psixoloqların maaşı artacaq? - Nazirlikdən açıqlama 12 Dekabr 2019, 14:49 Gürcüstan parlamentində İNSİDENT – Deputatlar evakuasiya olundu 12 Dekabr 2019, 14:39 Nazir müavinindən direktorlar və təhsil şöbələrinin müdirlərinə XƏBƏRDARLIQ 12 Dekabr 2019, 14:37 Yeni il bayramında məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA 12 Dekabr 2019, 14:29 “Türk dünyasına Heydər Əliyev kimi lider hər zaman gəlmir” - Türkiyə səfiri 12 Dekabr 2019, 14:26 Polis 90 yaşlı qadına qarşı quldurluq edəni SAXLADI - FOTO 12 Dekabr 2019, 14:16 İrandan Azərbaycana 2 kiloqramdan çox heroin gətirən şəxs saxlanılıb 12 Dekabr 2019, 14:04 Nazirlik Gürcüstanda azərbaycanlı şagirdlərin dərsliklərlə təmin olunmasını öz üzərinə GÖTÜRDÜ 12 Dekabr 2019, 13:57 Azərbaycanda otellərin ulduzlaşma prosesi necə aparılacaq? 12 Dekabr 2019, 13:55 Gəncədə Ümummilli liderin xatirəsi ehtiramla yad edilib - FOTO   12 Dekabr 2019, 13:50 Məmur olmaq istəyənlərin nəzərinə! 12 Dekabr 2019, 13:42 Özünü metroda qatar yoluna atan şəxsin kimliyi məlum oldu - RƏSMİ 12 Dekabr 2019, 13:39 Koçaryan xərçəng xəstəliyindən müalicə alır 12 Dekabr 2019, 13:30 Bu jurnalistlərə “Beynəlxalq media vəsiqəsi” verildi - ADLAR 12 Dekabr 2019, 13:28 “Zəifliklərini ört-basdır etmək üçün seçkiyə getmək istəmirlər” - YAP-dan AÇIQLAMA 12 Dekabr 2019, 13:19 “Nar”ın müsabiqəsinə qoşul, Yeni ili Moskvada qarşıla!    12 Dekabr 2019, 13:11