Modern.az

"İçərişəhər" Qoruğu İdarəsi sosial şəbəkələrdə yayılan fotolarla bağlı açıqlama yaydı

Aktual

25 Aprel 2019, 14:52

”İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) ötən gün sosial şəbəkələrdə yayılan fotogörüntülərlə bağlı açıqlama yayıb.

 

İdarədən Modern.az-a verilən açıqlamada deyilir ki, fotogörüntülər həqiqətlə tamamilə ziddiyyət təşkil edilən qərəzli addımların bir nümunəsidir:

 

”İlk olaraq qeyd edilməlidir ki, İçərişəhərdə hal-hazırda fotoda görünən vəziyyətdən əsər-əlamət yoxdur. Bunu açıq-aydın müşahidə etmək mümkündür. Həmin fotoşəkillər 2011-ci ildə Qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilib. Məsələnin kökündə isə əslində sovet dövrü zamanı 1954-cü ildə Qala divarları üzərində aparılan kobud rekonstruksiya işləri durur və əfsuslar olsun ki, bu proses zamanı Qala divarlarının o zamana qədər mövcud olmuş tarixi bürclərindən biri zədələnərək öz görkəmini itirib və düz divarın çəkilməsi ilə nəticələnib”.

 

DTMQİ bəyan edir ki, fotoşəkil ilə bağlı yaradılan mənzərənin və əsassız ittihamların əksinə olaraq 2011-2012-ci illərdə Qala divarlarının bərpasını həyata keçirilib və bu əsnada həmin dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görülüb: ”Bu zaman bütün arxiv sənədləri nəzərdən keçirilib, bürcü mümkün qədər tarixi görkəminə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər tərəfindən layihə işlənib hazırlanıb. Məhz bu işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görə bilərsiniz”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!