Modern.az

“AzerGold” növbəti ağacəkmə aksiyası keçirdi

“AzerGold” növbəti ağacəkmə aksiyası keçirdi

Aktual

25 Aprel 2019, 15:54

 

25 aprel tarixində “AzerGold” QSC Beynəlxalq Yer Günü münasibəti ilə Daşkəsən rayonunda yerləşən Çovdar yatağında növbəti ağacəkmə aksiyası keçirib.

 

Modern.az  xəbər verir ki, tədbir çərçivəsində 1 hektar ərazidə 300-ə yaxın qoz, fındıq, gavalı, alma, armud ağacları əkilib. Cəmiyyətin 100-ə yaxın əməkdaşının iştirakı ilə baş tutan ağacəkmə aksiyası ölkə ərazisində keçirilən genişmiqyaslı yaşıllaşdırma işlərinə, ətraf mühitin mühafizəsinə, ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədlərini daşıyır.

 

Qeyd edək ki, bu “AzerGold” QSC tərəfindən aprel ayı ərzində keçirilən artıq ikinci ağacəkmə aksiyasıdır. Bundan əvvəl, aprelin 17-də keçirilən aksiyada Çovdar yatağı ərazisində 200-ə qədər qarışıq ağac tingləri əkilib.  

 

Ətraf mühitin mühafizəsi “AzerGold” QSC tərəfindən həyata keçirilən korporativ sosial məsuliyyət siyasətinin dörd əsas komponentindən birini təşkil edir. Bu komponent üzrə həyata keçirilən ağacəkmə aksiyalarında bu günədək 17 hektar ərazidə 8 mindən çox ağac və kol əkilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!