Arxiv
25 Aprel 2019, 17:02 |
Azercell-in dəstək olduğu “İdeyadan Biznesə” layihəsində startap keçirilib  

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell Telekom” MMC  və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları davam edir.

 

Modern.az xəbər verir ki, startap hərəkatının genişləndirilməsinə, vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə keçirilən startap turu bu dəfə Tovuz rayonunda baş tutub. Tovuzda ilk dəfə olaraq keçirilən startap tədbirinə Tovuzla yanaşı, Qazax, Şəmkir, Goranboy, Tərtər, Gədəbəy, Yevlax və digər ətraf rayonlardan olan 100-dən çox gənc qatılıb.

 

Tədbirin informativ hissəsində iştirakçılar “İdeyadan Biznesə” layihəsinin konsepsiyası, məqsəd və hədəfləri barədə məlumatlandırılıblar. Daha sonra layihədə iştirak etmək üçün müraciət edən komandalar arasında müsabiqə keçirilib və qaliblər müəyyənləşib. Birinci yerin sahibi “Share my goal” layihəsi olub, ikinciliyə “Bacarıqlı əllər”  ideyası, üçüncülüyə isə “Görən gözlər” layihəsi layiq görülüb.

 

Layihə çərçivəsində Tovuzdan sonra Bakı şəhərində yerləşən ali təhsil müəssisələrini əhatə edən startap müsabiqəsi keçirilib. ADA Universitetində baş tutan startap marafonunda 10-dək ali məktəbin komandası öz layihəsini münsiflər heyəti qarşısında təqdim edib. Müsabiqədə Bakı Dövlət, Azərbaycan Texniki, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Dövlət Neft və Sənaye, Bakı Mühəndislik, ADA, Azərbaycan Tibb və Qərbi Kaspi universitetlərinin, Bakı  Ali Neft Məktəbinin tələbələri iştirak edib. 3 gün ərzində 50-dək layihənin münsiflər heyəti qarşısında təqdimatı keçirilib. Bakı üzrə “NanoDesal”, “AntiAge şirəsi”, “HealWith”, “Bumeranq”, “AgroShare”, “Plan to plant”, “Game of war and modern technologies”, “Palliativ qayğı” və “Buqələmun” layihələri finalçılar qismində seçilib.

Qeyd edək ki, layihələr münsiflər heyəti tərəfindən ideyanın unikallığı, bazar potensialı, investisiyanın mənfəət müddəti, ilkin xidmətin/prototipin hazırlanmasına tələb olunan müddət, komandanın ideyanı gerçəkləşdirmə qabiliyyəti kimi meyarlar üzrə qiymətləndiriləcək və yaxın günlərdə 3 əsas yerin qalibi ictimaiyyətə açıqlanacaq.    

Bu mərhələdə qələbə qazanan komandalar cari ilin avqust ayının sonlarında 12 regionun da  qalibləri ilə birgə “İnnocamp” yay düşərgəsində iştirak etmək imkanı əldə edəcək. Oktyabrda keçiriləcək ümumrespublika finalında isə 1, 2 və 3-cü yerlərin qalibləri müəyyən olunacaq. Qalib gələcək ilk üç yerin sahiblərinə təşkilatçılar tərəfindən mükafatlar təqdim olunacaq, ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcəkdir. Finalçılar və  hər region üzrə I yerin qalibləri isə dekabr ayında keçiriləcək “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində öz layihələrini iştirakçılara və eyni zamanda investorlara təqdim etmək şansı qazanacaqlar.

Qeyd edək ki, ötən il 8 regionda, 16 ali təhsil, 3 ümumtəhsil müəssisəsində startap turları keçirilib. Startap marafonuna 7 ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarından 2 mindən çox iştirakçı qatılıb.

Vurğulamaq istərdik ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən komandalara mentorluq dəstəyi göstərilib. Azercell və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi bir çox layihələrin və startapların müstəqil şirkətlərə çevrilməsinə yardım etmişdir. Ölkənin ilk biznes inkubatoru olan mərkəz sahibkarlıq və informasiya texnologiyaları mövzularında bir çox təlimlərin, seminarların keçirilməsinə təşəbbüs göstərmiş, bir sıra tədbirlərə ev sahibliyi edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Mursinin nəşindən belə qorxurlar” - Ərdoğan 18 İyun 2019, 21:06 Rusiya-Azərbaycan sərhədində yeni yol çəkilir 18 İyun 2019, 20:47 Əbülfəs Qarayev Pakerlə müzakirə apardı 18 İyun 2019, 20:36 Dünya əhalisi 11 milyarda çatır 18 İyun 2019, 20:19 MSK sədri 3060 manat əmək haqqı alacaq 18 İyun 2019, 20:03 Prezident hərbçilərin aylıq pul təminatını artırdı - YENİLƏNİB 18 İyun 2019, 19:49 Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqları artırılır 18 İyun 2019, 19:38 Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları 20 faiz qaldırıldı 18 İyun 2019, 19:35 Minimum aylıq əməkhaqqı artırıldı - 250 manat 18 İyun 2019, 19:31 “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55 “İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır” - VİDEO 18 İyun 2019, 17:45 Rövşən Rzayev vətəndaşları qəbul edib 18 İyun 2019, 17:23 Azərbaycandan 128 kiloqramdan çox narkotik keçirmək istədi... 18 İyun 2019, 17:22 Manat və dolların məzənnəsi   18 İyun 2019, 17:16 Türkiyədə şair-publisist Tofiq Abdin haqqında kitab çıxdı 18 İyun 2019, 17:05 Media nümayəndələri Kooperasiya Universitetində imtahanları izlədi 18 İyun 2019, 17:01 Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb   18 İyun 2019, 16:58 Yadlar arasında özgə olmaqdansa... 18 İyun 2019, 16:51 “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu 18 İyun 2019, 16:51 Rəşad Məcid: “Salam Sarvan indi vodkanın əsiridir” 18 İyun 2019, 16:49 Koçaryanın tərəfdarları və etirazçılar arasında Yerevanda toqquşmalar baş verdi 18 İyun 2019, 16:47 Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA 18 İyun 2019, 16:33 Ermənistanda keçmiş qubernatora qarşı cinayət işi açıldı 18 İyun 2019, 16:28