Modern.az

Deputat seçiciləri qəbul etdi - FOTO  

Deputat seçiciləri qəbul etdi - FOTO  

Aktual

25 Aprel 2019, 17:11

Azərbaycan Milli Məclisinin deputatı Elşad Həsənov 17 saylı Yasamal 3-cü seçki dairəsini təmsil edən seçiciləri qəbul edib.

 

Modern.az xəbər verir ki, görüş zamanı vətəndaşlar onları narahat edən müxtəlif məsələləri qaldırıblar. Qəbulda əsasən məşğulluq, mənzil problemi, həmçinin bir sıra sosial və hüquqi məsələlər müzakirə edilib. Seçiciləri bir-bir qəbul edən millət vəkili Elşad Həsənov onların müraciətlərini qəbul edib.

Qəbul zamanı millət vəkili vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bildirib. Qəbulda qaldırılan bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb.

Yasamal rayon sakinləri onlarla görüşdüyünə və problemləri ilə maraqlandığına görə Elşad Həsənova minnətdarlığını bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!