Modern.az

Azərbaycan XİN-dən Keşikçi Dağı məbədi ilə bağlı yayılan iddialara CAVAB

Azərbaycan XİN-dən Keşikçi Dağı məbədi ilə bağlı yayılan iddialara CAVAB

25 Aprel 2019, 18:50

Azərbaycan Xarici İşlər Nazirliyi Keşikçi Dağı Məbəd-Kompleksinə girişin məhdudlaşdırılması ilə bağlı Gürcüstan mətbuatına yayılan məlumatlara münasibət bildirib. 

 

Nazirliyin mətbuat katibi Leyla Abdullayeva Modern.az-a açıqlamasında deyib ki, Keşikçi Dağı (David Qareci) Məbəd-Kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən, 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür. 

 

”Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə proseduraları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur. Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır”, - o qeyd edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı