Modern.az

\"Formula 1\" pilotu Bakıda xəstələnib

\

25 Aprel 2019, 19:41

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində iştirak edəcək Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassell Bakıda xəstələnib.

 

“Report” xəbər verir ki, 21 yaşlı sürücü özünü yaxşı hiss etmədiyi üçün bu gün keçirilən mətbuat konfransına qatılmayıb. Onun sərbəst yürüşlərə qədər istirahət etmək istədiyi bildirilir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 26-28-də keçiriləcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir