Modern.az

Türkiyədə beş terrorçu məhv edildi

Türkiyədə beş terrorçu məhv edildi

25 Aprel 2019, 21:02

Türkiyənin Diyarbəkir vilayətinin Lice ərazisində “Bayrak-123” şərti adı altında geniş antiterror əməliyyatı həyata keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, əməliyyat zamanı beş terrorçu məhv edilib.

Qeyd edək ki, bir il əvvəl terrorçuların məhv edildiyi tarixdə və ərazidə çavuş İsmayıl Cəsur şəhid olub.

Türkiyə Müdafiə Nazirliyi isə məlumat yayıb ki, Silahlı Qüvvələrin qırıcıları İraqın şimalındakı Gara bölgəsində yerləşən PKK düşərgələrinə dağıdıcı zərbələr endirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!