Modern.az

“Qiyamət günü” silahı suya enir - ABŞ qorxuya düşdü

“Qiyamət günü” silahı suya enir - ABŞ qorxuya düşdü

Analitika

26 Aprel 2019, 11:00

Rusiyanın “Poseidon” pilotsuz sualtı aparatını, yaxud nüvə başlığı daşıyan və 1 kilometrdən də yuxarı dərinlikdə böyük sürətlə hərəkət edə bilən torpedosunu daşımaq üçün nəzərdə tutulan sualtı qayıq bu günlərdə suya endirilib.

 

Modern.az virtualaz.org-a istinadən xəbər verir ki, Severodvinskdə yerləşən “Sevmaş” müəssisəsində yığılan “Belqorod” atom sualtı qayığı aprelin 23-də sınaqlara başlayıb. Bu sualtı qayıq Putinin “qiyamət günü silahı” da adlandırılan “Poseidon” pilotsuz sualtı döyüş aparatını daşıyacaq. Hər belə qayıqda 6 “Poseidon” yerləşdirmək nəzərdə tutulur. Rusiya donanmasının sərəncamına cəmi 4 belə sualtı qayıq vermək planlaşdırılıb.

 

Rusiyanın bir neçə supersilahlarından biri olan “Poseidon” sualtı aparatı ABŞ hərbi dairələrində xüsusilə ciddi narahatlıq yaradıb. “The Washington Free Bacon” yazır ki, Amerika hərbçiləri bu sualtı aparatın analoquna malik olmadıqlarını təsdiq edirlər.

“Amerika xüsusi xidmət orqanlarının qiymətləndirmələrinə görə “Poseidon” onlarla meqaton gücündə nüvə başlığı ilə təchiz ediləcək. Belə görünür ki, ruslar sualtı aparatı 100 meqaton gücündə başlıqla təchiz etməyi nəzərdə tuturlar. Bir sualtı qayığın daşıdığı “Poseidon”ların partlaması zamanı yaranan radiasiya ABŞ-ın strateji nüvə arsenalının gücünü aşır”-nəşr yazır.

 

Qeyd olunur ki, “Poseidon” milyonlarla dinc insanı məhv etmək, böyük şəhərləri dağıtmaq üçün nəzərdə tutulub. Və bu silahın tətbqi olunması təhdidini azaltmağın yeganə yolu danışıqlardır. Başqa sözlə, ABŞ-ın bu silaha qarşını almaq üçün hərbi vasitəsi mövcud deyil.

 

Bu ilin fevralında Rusiya Müdafiə Nazirliyi “Poseidon”un poliqon sınaqlarına dair videogörüntüləri yayıb. O zaman prezident Vladimir Putin bildirmişdi ki, “Poseidon”un daşıyıcısı yazda suya endiriləcək. “Poseidon”un özünün suda sınaqları isə yayda başlamalıdır.

 

“Poseidon”un sürəti suyun 1 kilometrdən çox dərinliyində saatda 200 kilometrdən çoxdur, heç bir başqa torpedo bu cür böyük sürətə malik deyil. Sualtı aparat nüvə yanacağı ilə işləyən mühərriklə təchiz edilib. Hesab edilir ki, bu silahın tətbiqi nəticəsində nəhəng okean dalğaları yaranacaq və böyük şəhərlər su altında qalacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi