Modern.az

Formula 2-də birinci sərbəst yürüşün üçlüyü məlum oldu

Formula 2-də birinci sərbəst yürüşün üçlüyü məlum oldu

Aktual

26 Aprel 2019, 12:23

Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 yarışı üzrə birinci sərbəst yürüşün üçlüyünə düşən pilotlar məlum olub.

 

Modern.az-ın  məlumatına görə, 45 dəqiqə davam edən sərbəst yürüş nəticəsində ”UNİ-Virtuosi” komandasının pilotu Luka Qiotto 1-ci, ”Carlin” komandasının pilotu Nobuharu Matsuşita 2-ci, ”MP Motorsport” komandasının pilotu Cordan Kinq isə üçüncü yerdə qərarlaşıb.

 

Bundan sonra isə Formula 2-nin sıralama turu başlayacaq.

Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

 

Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

 

2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat.

Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı