Modern.az

Bakıda estrada ulduzlarının pulsuz konserti keçiriləcək

Bakıda estrada ulduzlarının pulsuz konserti keçiriləcək

26 Aprel 2019, 14:12

Mayın 9-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə Azərbaycan incəsənət ustalarının konserti keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, saat 20.30-da başlayacaq konsert proqramında Əməkdar artist Natiq Şirinovun “Natiq” ritm qrupu, Xalq artistləri Manana Çaparidze, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Ayğün Kazımova, Əməkdar artistlər Səbinə Babayeva, Abbas Bağırov, Sevda Ələkbərzadə, Röya Ayxan, Miri Yusif, tanınmış müğənnilər Xəyyam Nisanov, Günay İbrahimli, Zamiq Hüseynov, Sevda Yahyayeva, Azad Şabanov, Rauf Əhmədov  və digərləri çıxış edəcəklər.

 

Konsertə giriş sərbəstdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir