Modern.az

Komitə sədri: “Sığorta sahəsində tədbirlər sistemi hazırlanır”

Komitə sədri: “Sığorta sahəsində tədbirlər sistemi hazırlanır”

26 Aprel 2019, 15:33

“Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta sahəsində tədbirlər sistemi hazırlayır”. Modern.az xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan “Aqrar sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Ziyad Səmədzadə söyləyib. O bildirib ki, təbii fəlakətlərlə bağlı risklərin bir hissəsi sığorta şirkətlərinin üzərində olmalıdır: “Aqrar sığorta haqqında” qanun layihəsi bu istiqamətdə mühüm bir addımdır. İlk növbədə biz təbii risklərdən özümüzü qorumalıyıq. Eyni zamanda, mübahisə doğuran msələlər var. Azərbaycan cəmiyyəti üçün ən vacib məsələlərdən biri “Aqrar sığorta haqqında” qanundur. Bu qanun layihəsi çox vacibdir. Biz neçə ildir ki, qanun layihəsi haqqında danışırıq. Son illər Kənd Təsərrüfatı Nazirliyi ilə bağlı həyata keçirilən struktur islahatları əminlik yaradır ki, Azərbaycanda aqrar sektorunda müsbət meyllər özünü göstərəcək”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır