Arxiv
26 Aprel 2019, 15:59 | PARLAMENT
“Azərbaycan düşmən üzərindən Rusiya ilə danışıqlar aparır” - Deputatların Qarabağa dair həll formulu

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlar davam etdirilir.

 

Ekspertlər bildirirlər ki, son zamanlar həyata keçirilən danışıq prosesində yenə də Ermənistanın qeyri-konstruktiv mövqeyi, vaxt uzatmaq cəhdləri aydın görünür. Azərbaycan ictimaiyyətində isə zaman-zaman buna qarşı narahatlıqlar ifadə edilir.

 

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Modern.az-a bildirib ki, Ermənistan nə qədər danışıqlardan yayınmağa, vaxt udmağa çalışsa da, proses davam edir:

 

“Lakin bizim istəyimiz odur ki, danışıqlar substantiv xarakter daşısın, mahiyyət üzrə aparılsın. Ermənilər isə danışıqların mahiyyətindən qaçmağa çalışırlar. Son zamanlar XİN rəhbərləri, dövlət başçıları öz siyasi iradələrini ortaya qoyublar. Rəsmi İrəvan isə yenə də beynəlxalq ictimaiyyəti çaşdırmaq, tamam başqa məqamları gündəmə gətirməyə cəhd edir. Ermənistan danışıqlarda iştirak edə-edə sanki bu prosesdə yoxdur. Bizimlə müzakirə aparırmış kimi özlərini göstərsələr də, ortaya heç bir danışıq qoymurlar.

 

Dediyim kimi, mahiyyəti müzakirə etməkdən qaçır və başqa formatlara istiqamətləndirmək cəhdləri edirlər. Bu göstərir ki, ermənilər nə qədər istəsələr də danışıqlardan kənarda qala bilməyəcəklər, masa arxasına oturdulacaqlar. İkincisi bir tərəfdən artıq beynəlxalq ictimaiyyət Ermənistandan tələb edir ki, subsantiv danışıqlar mərhələsinə keçilsin. Dünyada gedən proseslər bu münaqişənin həllinin beynəlxalq qanun - ölkələrin ərazi bütövlüyü ilə təmin olunmasına yönəlib. Ermənilərin səylərinə baxmayaraq, Azərbaycanın xarici siyasəti bu gün də üstünlük təşkil edir”.

 

Deputat Rasim Musabəyov isə bildirib ki, Azərbaycan Ermənistanın danışıqlar prosesini ləngitməsi üçün atdığı addımlara əhəmiyyət vermir:

 

“Əslində biz paralel olaraq, düşmənin başının üzərindən Rusiya ilə danışıqlar aparırıq. Çünki Ermənistan Azərbaycanın qarşısında duruş gətirmək iqtidarında deyil. Onu himayə edən Rusiya var. Biz isə onu mövqeyini nəzərə almadan hansısa sərt tədbirlərə əl atmaq imkanında deyilik. Ona görə, Rusiya ilə, ABŞ-la, Ermənistana təsir edə biləcək, himayəçi dövlətlərlə danışıqları davam etdiriik. Ya həmin dövlətlər erməniləri ağıla gətirəcəklər, ya da Azərbaycan məcbur olub, ayrı variantlara əl atacaq. Müharibə bərpa olunmayana kimi diplomatlar bu işi görməlidirlər.

Bütün bunlarla bərabər Azərbaycan hərbi təsirlərini həyata keçirir, hərbi təlimlər, hazırlıqlar nümayiş olunur. Bütün bu addımlar Ermənistanı himayə edən dövlətləri məcbur edir ki, rəsmi İrəvana diktə etsinlər”.

 

Ermənistana Dağlıq Qarabağ münaqişəsinin həlli, danışıqların substantiv aparılmasının lazım olmadığını vurğulayan deputat Asim Mollazadə isə hesab edir ki, münaqişəni sülh yolu ilə həll etməyə xırda da olsa şans var:

 

“Azərbaycan bu prosesi davam etdirməlidir. Danışıqları hökmən aparmalıyıq. Azərbaycan çalışmalıdır ki, bütün beynəlxalq təşkilatlar Ermənistanın hərəkətlərinə diqqət yetirsin, bu dövləti sülhə məcbur etsin. Bu münaqişə sadəcə cəbhə bölgəsində getmir. Ermənilər dünyada Azərbaycana qarşı ciddi informasiya müharibəsi aparırlar, yalan məlumatlar yayırlar. Ona görə, biz danışıqlarda iştirak edərək, erməniləri ifşa etməliyik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Problemli kreditlər – şikayətlər var... 20 May 2019, 10:24 Sənədsiz evlərə görə “əmlak amnistiyası” verilə bilər 20 May 2019, 10:19 “Rayonumuzu təmiz saxlayaq” 20 May 2019, 10:08 Yolların kənarında dayanmış yük avtomobilləri qəza şəraiti yaradır - Yol polisi hara baxır? 20 May 2019, 09:51 Nardaranda dəhşət! Oğul 77 yaşlı anasını öldürüb meyitini yandırdı 20 May 2019, 09:49 Ermənilər kəndlərimizi atəşə tutdu 20 May 2019, 09:48 3 ayda boşanmalar: “Bəzi kişilər qadın, bəzi qadınlarsa kişi kimidir” 20 May 2019, 09:41 Əcnəbilərlə nikaha girən 797 azərbaycanlı boşanıb - RƏSMİ 20 May 2019, 09:30 Ordumuzun genişmiqyaslı təlimləri başlayıb - 10 min əsgər, 150 tank... 20 May 2019, 09:12 İnsan alveri qurbanına çevrilmənin vasitələri hansılardır? - Təcili ZƏNG EDİN! 20 May 2019, 09:01 Zaur Darğallı Marneulinin yeni meri seçilib 20 May 2019, 08:48 Rafiq Hüseynlinin xanımına axırıncı sözü qızı ilə bağlı olub - Məşhurların son günü 20 May 2019, 08:36 Los Ancelesin azərbaycanlı şerifi 20 May 2019, 08:11 Fırtına Azərbaycanın qərb bölgəsinə ziyan vurdu 20 May 2019, 00:39 Azərbaycanlı qazilər Ərdoğanla görüşdü - FOTO 20 May 2019, 00:29 “Tiflisdə seçkilər ikinci tura qalacaq” – Baş nazir 20 May 2019, 00:13 “OPEC plus” öhdəlikləri 168 faiz yerinə yetirib 19 May 2019, 23:59 ABŞ səfirliyi yaxınlığında partlayış 19 May 2019, 23:37 “Qalatasaray”dan növbəti çempionluq 19 May 2019, 22:53 “Qəbələ” kuboku Tale Heydərova həsr edib 19 May 2019, 22:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 19 May 2019, 22:01 Üç ay öncə itkin düşən şəxsin meyiti İran sərhəddində tapıldı 19 May 2019, 21:39 Saakaşvilidən tərəfdarlarına hücum əmri 19 May 2019, 21:22 AvroLiqanın finalına görə rayon maşınları üç gün Bakıya buraxılmayacaq - XƏBƏRDARLIQ 19 May 2019, 21:04 Misirdə güclü partlayış 19 May 2019, 20:43 Azərbaycanın ən güclü qadını - FOTO 19 May 2019, 20:27 Atatürk Qurtuluş savaşına gedərkən anası ilə belə VİDALAŞDI 19 May 2019, 20:08 “Şəmistan Əlizamanlı ən yüksək dövlət mükafatlarına layiqdir” - Aqil Abbas 19 May 2019, 18:22 Gəncədə gənc oğlan itkin düşüb - FOTO 19 May 2019, 18:10 II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının düzgün CAVABLARI 19 May 2019, 17:51 Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğluna kişi sözü verdi - FOTOLAR   19 May 2019, 17:33 Şəki sakini Balakəndə narkotik maddə dolu çanta ilə saxlanıldı 19 May 2019, 16:40 Azərbaycanlı gənclərin Roma forumu keçirilib   19 May 2019, 16:02 Meyvələrin qiyməti bahalaşacaq - SƏBƏB   19 May 2019, 15:35 Marneulidə seçici fəallığı 14%-ə çatıb 19 May 2019, 14:59