Modern.az

Metronun “Həzi Aslanov” stansiyasındakı keçid damır - FOTO

Metronun “Həzi Aslanov” stansiyasındakı keçid damır - FOTO

Aktual

26 Aprel 2019, 16:43

Metronun “Həzi Aslanov” stansiyasındakı keçidin tavanından su damır. Sərnişinlər stansiyaya daxil olmaqda çətinlik çəkir.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a faktı təsdiqləyib. O bildirib ki, buna səbəb ərazidəki su borusunda baş vermiş partlayışdır:

“Tərəfimizdən Azərsu” ASC-yə məlumat verilib. Hazırda “Qəza xidməti”nin əməkdaşları ərazidədir, problemi aradan qaldırırlar”.

B.Məmmədov qeyd edib ki, sərnişinlərin keçiddən istifadəsində problem yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır