Modern.az

“Formula 1 ərazisindəki lyuklara “Azərsu” cavabdeh deyil” - AÇIQLAMA

“Formula 1 ərazisindəki lyuklara “Azərsu” cavabdeh deyil” - AÇIQLAMA

Aktual

26 Aprel 2019, 16:44

“Azərsu” ASC bu gün keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşünün ləğv olunmasına münasibət bildirib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı Modern.az-a bildirib ki, ərazidəki lyuklara “Azərsu” cavabdeh deyil:

“Yarışların keçirildiyi küçələrdə bütün infrastruktura “Azvirt MMC” şirkəti cavabdehdir”.

Qeyd edək ki, bu gün keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü sessiyası lyuk qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunub. Bakı Şəhər Halqasından verilən açıqlamada qeyd olunub ki, 300-dən çox lyuk təkrar yoxlanılacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür