Modern.az

Azərbaycan ilin sonuna qədər Rusiyaya avtomobil ixrac edəcək

Azərbaycan ilin sonuna qədər Rusiyaya avtomobil ixrac edəcək

26 Aprel 2019, 18:07

Neftçala Sənaye Məhəlləsində istehsal olunan “Khazar SD” markalı minik avtomobillərinin Rusiyaya ixracı üçün müəyyən sənədləşmə proseduru həyata keçirilir”.

Modern.az xəbər verir ki, bunu   “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

Onun sözlərinə görə, “Khazar SD” markalı minik avtomobillərin ilk partiyasının ixracı bu ilin sonuna qədər baş tutacaq.

E.Axundov həmçinin əlavə edib ki, avtomobillərin Ukraynaya ixracı üçün sertifikasiya tələb olunur: “Biz hazırda sertifikasiyadan keçirik”.

Xatırladaq ki, Neftçaladakı Avtomobil Zavodunun məhsullarının fərdi şəxslərlə yanaşı, Azərbaycanın dövlət qurumları da alır. Bir qədər əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu 22 ədəd “Khazar SD” markalı minik avtomobili alıb.

Azərbaycan Prezidentinin 2015-ci il tarixli Sərəncamına əsasən yaradılmış Neftçala Sənaye Məhəlləsinin dövlət başçısının iştirakı ilə 2017-ci ilin 24 sentyabr tarixində açılışı olub. Sənaye Məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri “AzKron” MMC avtomobil istehsalı zavodudur. İllik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində birinci mərhələdə - 2019-cu ilin sonunadək 6 min avtomobil istehsalı planlaşdırılır. Müəssisənin ildə 2 min avtomobilin ixracı nəzərdə tutulur. 

2019-cu ilin sonlarından etibarən bu avtomobillərin ehtiyat hissələrinin böyük hissəsinin Azərbaycanda istehsalının nəzərdə tutulur. “Azərmaş” ASC ölkəmizin digər bölgələrində də avtomobil sənayesinin yaradılmasında maraqlıdır. Müasir texnologiyalar əsasında qurulan “AzKron” MMC avtomobil istehsalı zavodunda ”Khazar”,”Peugeot”, ”Renault” kimi avtomobil modelləri istehsal olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!