Modern.az

“Avropa Birliyində  Rusiyanı istəyirəm” - Nazir

“Avropa Birliyində  Rusiyanı istəyirəm” - Nazir

Dünya

26 Aprel 2019, 20:29

“Avropa Birliyinin qapısında gözləyən Türkiyəni deyil, mədəniyyəti və tarixi Avropaya daha yaxın Rusiyanı görməyi üstün tuturam”. Modern.az xəbər verir ki, belə bir açıqlama ilə İtaliya daxili işlər naziri Matteo Salvini çıxış edib.

Nazir barəsində yayılan ittihamlara da cavab verib: “Bəzi media qurumları hələ də guya mövqeyim üçün aldığım rublu axtarır. Halbuki bunu tamamilə pulsuz edirəm, çünki Rusiyaya tətbiq olunan sanksiyalar heç bir işə yaramır, hətta İtaliya iqtisadiyyatına və Avropa qitəsindəki problemlərin həllinə ziyan vurur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!