Modern.az

Bakıda Formula 2 üzrə birinci yarış başladı  

Bakıda Formula 2 üzrə birinci yarış başladı  

Aktual

27 Aprel 2019, 12:00

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə birinci yarış başlayıb.

 

Modern.az xəbər verir ki,  Formula 2 yarışlarında 10 komandanən hər birinin iki pilotu birincilik uğrunda mübarizə aparır.

 

Qeyd edək ki, Formula 2-nin sonuncu sıralama turunda ”Carlin” komandasının pilotu Nobuhari Matsuşita Bakıda keçirilən turun qalibi olub.

 

“ART Grand Prix” komandasının təmsilçisi Nik de Vries ikinci, “UNİ-Virtuosi”nin pilotu Luka Qiotti isə üçüncü yeri tutublar.

  Xatırladaq ki,, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək. Sabah Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin rəsmi açılış mərasimi olacaq. 

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü