Modern.az

Formula 2-də qəzalar – Üç pilot yarışı dayandırdı

Formula 2-də qəzalar – Üç pilot yarışı dayandırdı

27 Aprel 2019, 13:15

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə birinci yarışda 3 qəza qeydə alınıb.

Modern.az xəbər verir ki,  “UNİ-Virtuosi” komandasının  pilotu Quanyu Zhou və “BWT Arden” komandasının xanım pilotu Tatyana Qalderon və ”Karlin” komandasının pilotu Luiz Deletraz qəza törədib.

Pilotlardan ikisi ötmə zamanı səhvə yol verərək qarşıdakı bolidə, daha sonra isə təhlükəsizlik baryerinə çırpılıb. Digər pilot da idarəetməni itirərək baryerə çırpılıb.

Hər üç pilotun bolidi trekdən evakuasiya edilib və pilotlar yarışı dayandırıblar.

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir