Modern.az

Sosial şəbəklər mətbuatı öz girovuna çeviribsə... Elçin Şıxlı: “Qarşısını almaq mümkünsüzdür...”

Sosial şəbəklər mətbuatı öz girovuna çeviribsə... Elçin Şıxlı: “Qarşısını almaq mümkünsüzdür...”

27 Aprel 2019, 13:43

Son zamanlar sosial şəbəklər az qala mətbuatı öz girovuna çevirib. Və hadisələrin indiki gedişi ölkə mediası üçün ancaq fəlakət vəd edir.

 

Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin rəhbəri Elçin Şıxlı Modern.az-a açıqlamasında bildirib ki, sosial şəbəkədə peşəkar medianın imzası yoxdursa yalan məlumatların, təşviqatın qarşısını almaq mümkün ola bilməz:

 

“Çünki sosial şəbəkə mətbuat deyil, bu sadəcə insanların biri-birilə fikir mübadiləsi aparmaq üçün olan bir ortamdır. Hər hansı peşəkar media orqanının və peşəkar hesab etdiyimiz jurnalistin xəbəri qeyri-dəqiq verməsi artıq onun peşəkar olmadığından xəbər verir. Hazırki şəraitdə belə xəbərlərin yazılmasının qarşısını almaq qeyri-mümkündür.

 

Qarşısını almaq dedikdə, kimisə həbs etməyi nəzərdə tutmuram. Konkret olaraq normal mühit yaradılmalıdır, peşəkar münasibətlər qurulmalıdır. İşlədiyi media orqanının nüfuzunu düşünməyən jurnalistlər olduğu, dəqiq mənbəyə istinad edilmədiyi bir şəraitdə belə xəbərlərin yayılmasını dayandırmaq mümkünsüzdür”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?