Modern.az

Formula 1-də  üçüncü sərbəst yürüşün qalibləri məlum oldu - YENİLƏNİB

Formula 1-də  üçüncü sərbəst yürüşün qalibləri məlum oldu - YENİLƏNİB

Aktual

27 Aprel 2019, 15:05

Formula 1 SOCAR Azərbaycan Qran Prisində Formula 1 pilotlarının üçüncü sərbəst yürüşü yekunlaşıb.

 

Modern.az xəbər verir ki, 1:41.604 nəticə ilə  ”Ferrari” komandasının pilotu Çarles Lekterk finiş xəttinə birinci çatıb. Onu komanda  yoldaşı Sebastian Fettel ikinciliklə izləyib. 3-cü yerdə isə  “Red Bull Racing”in pilotu Maks Ferstappen qərarlaşıb.

 

*** 

saat 14:20

 

Formula 1 SOCAR Azərbaycan Qran Prisində Formula 1 pilotlarının üçüncü sərbəst yürüşü başlayıb.

 

Modern.az məlumatına görə, sərbəst yürüşü

“Mercedes” komandasının heyətində Lyuis Hemilton və Valtteri Bottas, “Ferrari” komandasında Sebastian Fettel, Şarl Lekler, “Williams”ın heyətində Corc Rassel və Robert Kubitsa yarışırlar. “Red Bull Racing” komandasında Pyer Qasli, Maks Ferstappen, “Racing Point”də Serxio Peres və Lans Stroll, “Renault”da isə Niko Hulkenberq ilə Daniel Rikkardo mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Aleksandr Albon və Daniil Kvyat, “Alfa Romeo”da Antonio Covinatsi, Kimi Raikkonnen, “McLaren”də Lando Norris və Karlos Sayns yürüşdə iştirak edirlər. Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə “Haas” komandasının idman şərəfini qoruyurlar.

Yürüş iştirakçıları bir saat ərzində uzunluğu 6 kilometr olan Bakı trekində yarışacaqlar.

 

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!