Modern.az

Ata oğlu ilə görüşə konfet gətirdi, arasından narkotik çıxdı - FOTO

Ata oğlu ilə görüşə konfet gətirdi, arasından narkotik çıxdı - FOTO

Aktual

27 Aprel 2019, 16:04

Təcridxanaya gətirilən sovqatın içində marixuana aşkar edilib.

 

Penitensiar Xidmətin İctimai əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. 

Cinayət Məcəlləsinin 181.2.1; 181.2.4-cü (quldurluq) maddələrinə əsasən təqsirli bilinirək həbs edilmiş Feyzi-zadə Ariz Mübariz oğluna dostu Gəncə şəhər sakini Fətullayev Şahin Ələkbər oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan soğanların arasında gizlədilmiş iki ədəd bükülüdə 26,5 qram marixuana aşkar edilib. 

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok