Modern.az

Formula 1 pilotlarının sıralama turuna start verildi 

Formula 1 pilotlarının sıralama turuna start verildi 

Aktual

27 Aprel 2019, 18:00

“Formula 1 SOCAR Azərbaycan Qran Prisində Formula 1 pilotlarının sıralama turuna start verilib”.

Modern.az-ın məlumatına görə, pilotlar saat 18:00-dək davam edəcək turun nəticələrinə əsasən, yarış günü start xəttində öz yerlərini alacaqlar. “Mercedes” komandasının heyətində Lyuis Hemilton və Valtteri Bottas, “Ferrari” komandasında Sebastian Fettel, Şarl Lekler, “Williams”ın heyətində Corc Rassel və Robert Kubitsa yarışırlar.

“Red Bull Racing” komandasında Pyer Qasli, Maks Ferstappen, “Racing Point”də Serxio Peres və Lans Stroll, “Renault”da isə Niko Hulkenberq ilə Daniel Rikkardo mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Aleksandr Albon və Daniil Kvyat, “Alfa Romeo”da Antonio Covinatsi, Kimi Raikkonnen, “McLaren”də Lando Norris və Karlos Sayns yürüşdə iştirak edirlər. Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə “Haas” komandasının idman şərəfini qoruyurlar.

Yürüş iştirakçıları bir saat ərzində uzunluğu 6 kilometr olan Bakı trekində yarışacaqlar. Xatırladaq ki, ilk sərbəst yürüş qəza səbəbindən yarımçıq dayandırılıb. İkincidə də ”Ferrari”dən Şarl Lekler birinci, onun komanda yoldaşı Sebastyan Fettel ikinci yeri tutub. “Mercedes”dən Luis Hamilton isə üçüncü sıra ilə kifayətlənib.

Xatırladaq ki, əsas yarış aprelin 28-də keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı