Modern.az

Bakıda Formula 2 üzrə ikinci yarışa start verildi  

Bakıda Formula 2 üzrə ikinci yarışa start verildi  

Aktual

28 Aprel 2019, 13:26

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarış başladı.

 

Modern.az xəbər verir ki, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 10 komanda birincilik uğrunda mübarizə aparır.

 

Yarış 45 dəqiqə və ya 21 dövrə davam edəcək. 

 

Ötən gün Formula 2-nin sonuncu sıralama turunda "Carlin" komandasının pilotu Nobuhari Matsuşita birinci olub.

 

“ART Grand Prix” komandasının təmsilçisi Nik de Vries ikinci, “UNİ-Virtuosi”nin pilotu Luka Qiotti isə üçüncü yeri tutub.

 

Qeyd edək ki, Formula 1 yarışı Azərbaycan paytaxtında 4-cü dəfə keçirilir.

 

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub