Arxiv
28 Aprel 2019, 13:52 | PARLAMENT
Turist axını, büdcəyə əlavə gəlir, ölkəmizin tanınması - Deputatlar Formula 1-i DƏYƏRLƏNDİRDİ

Aprelin 28-də Bakıda Formula 1 Azərbaycan Qran Prisinin üçüncü – sonuncu yarış gününə start verilir.

 

Maraqlıdır, Formula 1 yarışlarının Azərbaycan üçün əhəmiyyəti nədir?

Modern.az saytı mövzu ilə bağlı bir neçə deputatın fikirlərini öyrənməyə çalışıb. 

 

Milli Məclisin deputatı Dilarə Cəbrayılova düşünür ki, bu cür oyunların  ölkəmizdə keçirilməsinin üstünlükləri çoxdur.

“Formula 1 yarışının Azərbaycanda keçirilməsi böyük hadisədir. Bəzi insanlar düşünür ki, bu cür yarışların keçirərkən tıxac yaranır və sairə. Halbuki məsələyə bu formadan baxmaq doğru deyil. Əslində belə yarışların ölkəmizdə keçirilməsi iqtisadiyyatımıza böyük fayda verir. Azərbaycanın tanıdılması baxımından da çox faydalıdır. Çünki son illərdə turizm ölkəmizdə inkişaf yoluna qədəm qoymaqdadır. Bu cür yarışların keçirilməsi həm də turistlərin ölkəmizə axın etməsinə hesablanır. Formula 1 yarışlarına gələn xarici qonaqlar mehmanxanalarda qalmalı olurlar. Bu zaman ölkəmizə maliyyə vəsaitlərinin axın etməsinə şərait yaradılır. Eyni zamanda yarışlar boyunca ölkəmizdə qalan qonaqlar nəqliyyatdan, rabitədən və digər sahələrdən istifadə etməklə ölkəmizin büdcəsinə xeyir verirlər. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları da bir neçə il bundan qabaq Bakıda keçirilmişdi. Hesab edirəm ki, bu cür yarışlar müxtəlif xalqların Azərbaycana üz tutmasına səbəb olur.

Dövlətimiz bir çox sahələrdə inkişaf edir. Düşünürəm ki, bu cür yarışlar ölkəmizə daha çox fayda verir”.

 

Milli Məclisin deputatı Aydın Mirzəzadənin sözlərinə görə, istənilən ölkə üçün Formula 1 yarışlarının keçirilməsi əhəmiyyətli hadisədir.

“Formula 1 yarışı ildə 24 dəfə ayda 2 dəfə dünyanın 24 ölkəsində keçirilir. Bir yer boşalanda onlarla ölkə ora müraciət edir. Azərbaycanın namizədliyi veriləndə 50-dən çox ölkə ora müraciət etmişdi. Ancaq Azərbaycan seçildi. Bura həm trasın keçdiyi küçələrin bir hissəsinin qədim binalardan ibarət olması, infrastrukturun mövcudluğu, biznes otel təsərrüfatının inkişafı xaricdən gələcək qonaqların həm turist gəzintisi, həm xidmət üçün şəraitin yaradılmasından irəli gəlir. Dünya yenidən Azərbaycana baxdı. Azərbaycanın 24 ölkədən birincisi seçilməsi hadisədir. Bu gün idman dünya gündəminin əsas mövzularından biridir. Bu isə əyləncəli idmandır. Azərbaycanın yüksək tərəflərə cavab verdiyi qənaətinə gəlinir. Digər vacib məqam biz həyatımızı, infrastrukturumuzu Avropanın yüksək tələblərinə daha da uyğunlaşdırmağa başladıq. Bu bizdə alındı. Nəticəsidir ki, 5 il tamam olmamış Azərbaycanla növbəti 3 ilə  müqavilə imzalandı və sonradan da bu davam etməkdədir”.

 

Milli Məclisin deputatı Sona Əliyeva da Formula 1 yarışlarının əhəmiyyətini ölkəmiz üçün müsbət qiymətləndirib.

“Dünya əhəmiyyətli yarşıların keçirilməsinin müsbət tərəfləri çoxdur. Çünki dünya xalqlarının  ölkəmizə cəlb edilməsi baxımından çox əhəmiyyətlidir. Həmçinin, beynəlxalq yarışların keçirilməsini müxtəlif formalarda qiymətləndirmək olar. Əvvəla, ölkəmizə çoxlu sayda turist axının genişlənməsinə yol açır. Əcnəbi vətəndaşlar yarışlar boyunca muzeylərimizə,  tarixi yerlərimizə ekskursiya edirlər. Dövlətimizi daha da yaxından tanıyırlar. Eyni zamanda, bu cür yarışlar turist axının sayını çoxaldır. Bildiyim qədərilə, Formula 1 yarışları bir çox ölkələr tərəfindən izlənilir. Azərbaycan haqqında artıq maraqlananlar daha çoxdur. Tariximiz, bu günümüz Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan işğalçıları tərəfindən işğal olunması faktları ilə tanış olanlar hər gün daha da artır. Hətta yarışlar boyunca Azərbaycan və onun paytaxtı Bakı haqında maraqlananlar çoxluq təşkil edir. Bu da onu göstərir ki, bu yarışlar ölkəmizin həm tanıdılması,  həm də biznes baxımından vəsait əldə etməsinə şərait yaradır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
DİM məktəb rəhbərlərinə müraciət edib 20 May 2019, 10:40 Ermənistan ordusu hərbçisini itirdi 20 May 2019, 10:37 Yerevanda bütün məhkəmələrə giriş-çıxış bağlanıb 20 May 2019, 10:32 Problemli kreditlər – şikayətlər var... 20 May 2019, 10:24 Sənədsiz evlərə görə “əmlak amnistiyası” verilə bilər 20 May 2019, 10:19 “Rayonumuzu təmiz saxlayaq” 20 May 2019, 10:08 Yolların kənarında dayanmış yük avtomobilləri qəza şəraiti yaradır - Yol polisi hara baxır? 20 May 2019, 09:51 Nardaranda dəhşət! Oğul 77 yaşlı anasını öldürüb meyitini yandırdı 20 May 2019, 09:49 Ermənilər kəndlərimizi atəşə tutdu 20 May 2019, 09:48 3 ayda boşanmalar: “Bəzi kişilər qadın, bəzi qadınlarsa kişi kimidir” 20 May 2019, 09:41 Əcnəbilərlə nikaha girən 797 azərbaycanlı boşanıb - RƏSMİ 20 May 2019, 09:30 Ordumuzun genişmiqyaslı təlimləri başlayıb - 10 min əsgər, 150 tank... 20 May 2019, 09:12 İnsan alveri qurbanına çevrilmənin vasitələri hansılardır? - Təcili ZƏNG EDİN! 20 May 2019, 09:01 Zaur Darğallı Marneulinin yeni meri seçilib 20 May 2019, 08:48 Rafiq Hüseynlinin xanımına axırıncı sözü qızı ilə bağlı olub - Məşhurların son günü 20 May 2019, 08:36 Los Ancelesin azərbaycanlı şerifi 20 May 2019, 08:11 Fırtına Azərbaycanın qərb bölgəsinə ziyan vurdu 20 May 2019, 00:39 Azərbaycanlı qazilər Ərdoğanla görüşdü - FOTO 20 May 2019, 00:29 “Tiflisdə seçkilər ikinci tura qalacaq” – Baş nazir 20 May 2019, 00:13 “OPEC plus” öhdəlikləri 168 faiz yerinə yetirib 19 May 2019, 23:59 ABŞ səfirliyi yaxınlığında partlayış 19 May 2019, 23:37 “Qalatasaray”dan növbəti çempionluq 19 May 2019, 22:53 “Qəbələ” kuboku Tale Heydərova həsr edib 19 May 2019, 22:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 19 May 2019, 22:01 Üç ay öncə itkin düşən şəxsin meyiti İran sərhəddində tapıldı 19 May 2019, 21:39 Saakaşvilidən tərəfdarlarına hücum əmri 19 May 2019, 21:22 AvroLiqanın finalına görə rayon maşınları üç gün Bakıya buraxılmayacaq - XƏBƏRDARLIQ 19 May 2019, 21:04 Misirdə güclü partlayış 19 May 2019, 20:43 Azərbaycanın ən güclü qadını - FOTO 19 May 2019, 20:27 Atatürk Qurtuluş savaşına gedərkən anası ilə belə VİDALAŞDI 19 May 2019, 20:08 “Şəmistan Əlizamanlı ən yüksək dövlət mükafatlarına layiqdir” - Aqil Abbas 19 May 2019, 18:22 Gəncədə gənc oğlan itkin düşüb - FOTO 19 May 2019, 18:10 II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının düzgün CAVABLARI 19 May 2019, 17:51 Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğluna kişi sözü verdi - FOTOLAR   19 May 2019, 17:33 Şəki sakini Balakəndə narkotik maddə dolu çanta ilə saxlanıldı 19 May 2019, 16:40