Modern.az

Formula 1 Azərbaycan Qran Prisi-nin açılış mərasimi - Azərbaycan himni səsləndi -  YENİLƏNİB

Formula 1 Azərbaycan Qran Prisi-nin açılış mərasimi - Azərbaycan himni səsləndi -  YENİLƏNİB

Aktual

28 Aprel 2019, 16:01

Formula 1 SOCAR Azərbaycan Qran Prisinin açılış mərasimi keçirilir. 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar.

Formula 1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anları ilə yadda qaldı.

Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət ediblər. Formula 1 şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul etdiyi yeni qərara əsasən, ötənilki mövsümdən etibarən həm parad, həm də himn mərasimlərində pilotlar azyaşlılar tərəfindən müşayiət olunurlar.

***

Əvvəlcə tamaşaçılara builki yarış üçün xüsusi tərtib olunmuş kubok təqdim edildi.

Modern.az xəbər verir ki, Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisinin açılış mərasimi Azərbaycan himninin oxunması ilə başlayıb.Himnimiz  Bəyimxanım Vəliyeva və Nurlan Növrəslinin ifasında səsləndirilib. 

***

Saaat 15:40

Aprelin 28-də Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisinin həlledici mərhələsi başlayır.

Modern.az-ın məlumatına görə, açılış mərasimi və pilotların paradından sonra Formula 1-in əsas yarışına start verildi.

 

Start xəttində birinci mövqedə “Merdeces”in pilotu Valtteri Bottas, ikinci - “Merdeces”in digər pilotu Lyuis Hemilton ikinci, üçüncü sırada isə “Ferrari” təmsilçisi Sebastian Fettel dayanacaq. Ümumilikdə şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışır:

 

  1. Valtteri Bottas (“Mercedes”)
    2. Lyuis Hemilton (“Mercedes”)
    3. Sebastian Fettel (“Ferrari”)
    4. Maks Ferstappen (“Red Bull Racing Honda”)
    5. Serxio Peres ("Racing Point BWT Mercedes")
    6. Daniil Kvyat ("Scuderia Toro Rosso Honda")
    7. Lando Norris ("McLaren Renault")
    8. Şarl Lekler (“Ferrari”)
    9. Karlos Sayns ("McLaren Renault")
    10. Daniel Rikkardo ("Renault")
    11. Aleksander Albon ("Scuderia Toro Rosso Honda")
    12. Kevin Maqnussen ("Haas Ferrari")
    13. Lans Stroll ("Racing Point BWT Mercedes")
    14. Romen Qrojan ("Haas Ferrari")
    15. Niko Hulkenberq ("Renault")
    16. Corc Rassel ("Williams Mercedes")
    17. Antonio Covinatsi ("Alfa Romeo Racing Ferrari")
    18. Kimi Raikkonen ("Alfa Romeo Racing Ferrari")
    19. Robert Kubitsa ("Williams Mercedes")
    20. Pyer Qasli (“Red Bull Racing Honda”)

 

Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat.

Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir