Modern.az

“Artıq enerji başımıza bəladır” - Deputat Ağacan Abiyev 

“Artıq enerji başımıza bəladır” - Deputat Ağacan Abiyev 

Parlament

30 Aprel 2019, 10:18

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, deputat Ağacan Abiyevin bu yaxınlarda  idman, mədəniyyət və sağlamlıqla bağlı elmi əsəri  AMEA-nın jurnalında çap olunub.

Məqalə ilə bağlı Modern.az-a danışan deputat bir neçə tövsiyəsini də xüsusi qeyd edib:

“Bir dəfə tanıdığım birinə sual verdim: - “Sağlam olmaq istəyirsənmi?”,  “bəli”-dedi.  “Gözəl olmaq istəyirsənmi?”,  Yenə də “bəli” dedi.  “Bəs işlərinin yüksək səviyyədə olmasını necə, istəyirsənmi?”. Gülə-gülə “bəli” dedi. Onun cavabına belə reaksiya verdim. “O zaman  hər səhər 20 dəqiqə qaç. Həmin 20 dəqiqə ərzində bədənində hər şey qaydasında gedəcək”.
Ümumiyyətlə, idmanla məşğul olarkən  həyat səviyyən yüksəlir. Problemlərini həll edə bilirsənsə, bunun üçün sağlamlığına borclu olmalısan”.


Ağacan Abiyev deyir ki, orqanizm passiv olanda insanın daxilində xaos yaranır.

“İdmanın müsbət tərəfləri odur ki, orqanizmin saat kimi işləyir və daxilində xaos yoxdu. Bəzən deyirlər ki, “get, soyuq duş qəbul elə”. Soyuq duş nədir?! Ancaq və ancaq bədən tərbiyəsi ilə məşğul olmaq lazımdır. Ən rahatı və ucuzu qaçışdır. Biz qaçarkən beynimizdə, sinir sistemimizdə olan artıq enerjini sərf edirik və qaynamırıq. Qaynayanda işimiz çətin gedir. Sinir sistemimiz laminar rejimdə işləyəndə çox yaxşı olur. Orada boşluq olanda burulğan yaranır. Burulğan yarananda isə aləm bir-birinə dəyir. İnsan orqanizmi gərək elə laminar rejimdə yaşasın ki,  istədiyinə nail ola bilsin”.

İdman ustasının sözlərinə görə, hərəkətsizlik hərəkətin tam əksidir.

“İvan Pavlovun gözəl sözü var: “Hər səhər fiziki işlə məşğul ol. O zaman sən əzələ sevincini hiss edəcəksən”. Əgər hər gün yarım saat qaçacaqsansa,  bədənində olan artıq qaynamaları  itirəcəksən. Bu zaman enerji işlənir. Artıq enerji başımıza bəladır. Həyat keyfiyətimizi korlayır. Istədiyimizə nail olmağa mane olur. Fiziolooji sistemimizdə xaos yaradır. Xaos yaradanda beynimizin orqanlarına göndərdiyi informaiyalar da korlanır. Beynimizdən orqanlarımıza  gedən informasiyalar korlananda həmin orqan bədbəxt olur. Ona görə də unutmayın ki, hərəkət həyatın vacib tərəfidir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır