Modern.az

Goranboyun icra başçısı uşaq bağçasında vəziyyətlə tanış oldu

Goranboyun icra başçısı uşaq bağçasında vəziyyətlə tanış oldu

1 May 2019, 15:07

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bu gün şəhid Saqi Kərimov adına şəhər 3 saylı körpələr evi-uşaq bağçasında olub.

 

Modern.az xəbər verir ki, son illərdə cənab Prezident İlham Əliyev  və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülən işləri diqqətə çatdırdı.

 

Daha sonra İcra başçısı körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, ərzaq təminatı, bişirilən yeməklərin keyfiyyəti ilə maraqlandı. Rayon icra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev körpələr evində olan nöqsanların qısa zamanda aradan qaldırılması ilə əlaqədar öz tapşırıq və tövsiyələrini verdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir