Modern.az

AzTV-nin məşhur diktoru vəfat etdi

AzTV-nin məşhur diktoru vəfat etdi

1 May 2019, 17:25

Azərbaycan televiziyasının tanınmış diktoru, respublikanın əməkdar artisti Natəvan Hacıyeva dünyasını dəyişib.


Bu barədə Modern.az-a N.Hacıyevanın yaxınları məlumat verib. Mərhum diktor xərçəngdən əziyyət çəkirdi.


1942-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açmış Natəvan Hacıyeva orta məktəbi bitirdikdən sonra o vaxtkı M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub. Ali məktəbdə oxuduğu illərdə müsabiqə yolu ilə Azərbaycan Televiziyasına diktor kimi işə qəbul edilib. Natəvan Hacıyevanı tamaşaçılara sevdirən aydın diksiyası, şirin danışığı, gülərüzlüyü və qəlbə yatan məlahətli səsi olub.


N.Hacıyeva  ömrünün 56 ilini milli televiziyamıza həsr etsə də, “Aygün” filmindəki epizodik rolunu sənətdə ilk debütü sayırdı. Onun 2000-ci ildə çapdan çıxmış “Mən o günləri yaşamışam” kitabında Azərbaycan televiziyasında çalışdığı illərlə bağlı unudulmaz xatirələri öz əksini tapıb.

 

Allah rəhmət eləsin...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir