Modern.az

Qız qaçıran deputat 200 min cərimələndi

Qız qaçıran deputat 200 min cərimələndi

Dünya

1 May 2019, 20:59

İnquşetiya Xalq Şurasının deputatı, “Vahid Rusiya” fraksiyasının üzvü evlənmək məqsədi ilə qız qaçırıb.

 

Modern.az “İnterfax”a istinadən xəbər verir ki, qaçırılan qızın Malqobek Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi olduğu bildirilir.

 

Qeyd olunur ki, yaranmış vəziyyəti İnquşetiya Respublikasının ağsaqqalları nizamlayıblar.

 

Onlar qərar veriblər ki, mayın 2-də toy olsun.

 

Bundan əlavə, deputat mərkəzi məscidə 200 min rubl (təxminən 5 min manat) ödəyəcək. Ona kömək edən şəxslər isə hər biri 100 min rubl (təxminən 2500 manat) ödəməli olacaqlar.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı