Modern.az

Ukrayna Azərbaycanın sursat istehsalında iştirak edəcək

Ukrayna Azərbaycanın sursat istehsalında iştirak edəcək

2 May 2019, 20:41

Ukraynanın “Ukroboronprom” dövlət müəssisəsi Azərbaycanın hərbi sursat proqramında iştirak edəcək. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Ukrobonoprom”un mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, İstanbulda keçirilən “IDEF-2019” beynəlxalq hərbi sərgisi çərçivəsində müəssisənin baş direktoru Pavel Bukin Azərbaycanın müdafiə sənayesi nazirinin birinci müavini Yəhya Musayevlə görüşüb.

 

Görüşdə artileriya silahları sursatlarının ayrı-ayrı hissələrinin istehsalı ilə bağlı məsələlər müzakirə olunub. “Ukrobonoprom”un istehsal üçün bütün lazımi texnologiyalara malik olduğu bildirilir.

 

“Ukrobonoprom”, həmçinin Azərbaycandan hərbi sursatların və yaxın məsafədən döyüş vasitələrinin alınmasına maraq göstərib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?