Modern.az

Növbəti ana ölümü baş verdi - bu dəfə Lənkəranda

Növbəti ana ölümü baş verdi - bu dəfə Lənkəranda

3 May 2019, 08:40

Lənkəran Mərkəzi Xəstəxanasında ana ölümü baş verib.

Rayon sakinlərinin Modern.az-a bildirdiyinə görə, Osaküçəkənd sakini, 1979-cu il təvəllüdlü Quliyeva Vəfanə Kərim qızı mayın 1-də xəstəxananın doğuş şöbəsində qeysəriyyə əməliyyatı olunub. Lakin həkim səhlənkarlığı səbəbindən daxili qanaxmaya diqqət edilməyib. Vaxtında qiymətləndirilməyyən qanaxmanın dayandırılması üçün ananın 2 may tarixində  iki dəfə təkrar cərrahi əməliyyata götürüldüyü bildirilir.

Mayın 2-dən 3-nə keçən gecə isə Quliyeva Vəfanə  dünyasını dəyişib.

Bildirilir ki, ana öz ayağı ilə doğuş şöbəsinə girib, daxil olarkən  heç bir əlavə xəstəliyi olmayıb. Körpənin isə sağ-salamat olduğu qeyd edilib.

Modern.az Səhiyyə Nazirliyindən hadisəyə rəy öyrənməyə çalışacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi