Modern.az

ABŞ generalı  NATO komandanı oldu  

ABŞ generalı  NATO komandanı oldu  

Dünya

3 May 2019, 21:18

ABŞ Hərbi Hava Qüvvələri generalı Tod Uelters NATO-nun Avropa qüvvələrinə komandanlıq səlahiyyətlərini Belçikanın Monse şəhərində təntənəli şəkildə qəbul edib.

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu postda o Körtis Skaparottini əvəz edib.

 

Məlumata görə, mərasimdə NATO baş katibi Yens Stoltenberq də iştirak edib.

 

General Tod Uotersin NATO Avropa qüvvələrinin ali baş komandanı olacağı mart ayının ortalarından məlum idi. Buna qədər o ABŞ-ın Avropa və Afrikadakı hərbi hava qüvvələrinin baş komandanı vəzifəsini tuturdu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır