Modern.az

Trampla Putin 90 dəqiqəyə razılaşa bilmədi - Yenilənib

Trampla Putin 90 dəqiqəyə razılaşa bilmədi - Yenilənib

4 May 2019, 00:10

ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında baş tutan telefon danışığı zamanı 3 əsas mövzu müzakirə olunub.

Danışıqları şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Tramp Putindən Kim Çen ilə görüşü barədə ətraflı məlumat almaq istəyib:

"ABŞ və Rusiya prezidentləri telefon danışığı zamanı Putinin Şimali Koreya lideri ilə görüşünü, Ukraynada prezident seçkisinin nəticələrini və Venesueladakı vəziyyəti müzakirə ediblər. Bəri başdan deyək ki, Ukrayna mövzusu Trampı o qədər də maraqlandırmır. Yəni Donbasdakı münaqişə ilə bağlı Minsk razılaşması yerinə yetirilir və ya yerinə yetirilmir, bu, Trampı az narahat edir. Ağ Ev sahibi Putinin Şimali Koreya lideri Kim Çen İnlə konkret nə danışdığını bilmək istəyib. Putin sadəlövh deyil, telefon söhbətində Trampa lazım olduğundan çox məlumat verməzdi”.

E.Şahinoğlunun sözlərinə görə, Venesuela mövzusu daha çox Putini narahat edir:

“Çünki Rusiya lideri görür ki, Vaşinqton düyməyə basıb və Venesuelanın Prezidenti Niklolas Maduronu devirmək istəyir. Putin onu da yəqin bilir ki, Vaşinqtonun dəstəyi ilə Maduronun yerinə gələn istənilən prezident Venesuelanın xarici siyasətini Rusiya istiqamətindən döndərəcək. Rusiyanın Cənubi Amerikadakı tək qalası əldən çıxacaq, bu ölkənin enerji sahəsinə qoyduğu milyardlarla dollar yatırım batacaq. Ona görə də Putin də Trampın Venesuelada nə etmək istədiyini öyrənmək istəyib”.

 

***

 

Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.

Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

Onun sözlərinə görə, söhbət 1,5 saat davam edib.

 

Bununla yanaşı, CNBC xəbər verir ki, Ağ Evin mətbuat katibi Sara Sanders də tərəflərin Şimali Koreya və Venesueladakı vəziyyəti, ABŞ, Rusiya və Çin arasında imzalanması ehtimal edilən yeni nüvə sazişi ilə bağlı məsələləri, həmçinin ABŞ-da 2016-ci il seçkilərinə Rusiyanın müdaxiləsini araşdıran xüsusi müstəntiq Robert Müllerin məruzəsinə dair fikir mübadiləsi apardıqlarını bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir