Modern.az

Hərbi helikopter qəzaya uğradı

Hərbi helikopter qəzaya uğradı

4 May 2019, 22:26

Bu gün səhər saatlarında Venesuelanın şimalında hərbi helikopter qəzaya uğrayıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə El-Atilo bələdiyyəsinin (Miranda ştatı) meri Elias Saye “Tvitter” hesabında yazıb.

Məlumatda bildirilib ki, göyərtəsində yeddi nəfər olan hərbi helikopter səhər Oripotoda yaşıl zonada yerə çırpılıb.

 

Hələlik ekipajın və sərnişinlərin taleyi barədə informasiya yoxdur. İlkin məlumata görə, söhbət "Bell 412" helikopterindən gedir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir