Modern.az

 Gürcüstanda Türkiyədən gələn avtobus yandı

 Gürcüstanda Türkiyədən gələn avtobus yandı

Dünya

4 May 2019, 22:43

Türkiyənin Antalya şəhərindən Tiflisə gələn sərnişin avtobusu Gürcüstanın Rikoti avtomagistralının dağlıq ərazisində yanıb.

Modern.az xəbər verir ki, avtobus yanaraq yararsız hala düşüb.

Hadisə nəticəsində Rikoti tuneli və Tiflis-Senaki-Leselidze avtomobil magistralı tam bağlanıb.

Avtobusda olan sərnişinlər vaxtında təxliyə olunublar və heç kim xəsarət almayıb.

Yanğın söndürülüb, magistral yolun açılması istiqamətində işlər davam etdirilir.

Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı