Modern.az

Əfqanıstandakı partlayışda 8 nəfər öldü: 55 yaralı

Əfqanıstandakı partlayışda 8 nəfər öldü: 55 yaralı

Dünya

5 May 2019, 20:19

Əfqanıstanda törədilən partlayış nəticəsində 8 nəfər həlak olub.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin Baqlan əyalətində polis məntəqəsinin yaxınlığında törədilib.

 

Məlumata görə, partlayış nəticəsində 2-si polis əməkdaşı olmaqla 8 nəfər həlak olub, 55 nəfər isə yaralanıb.

 

İnsidentin təfərrüatları və yaralıların vəziyyəti barədə məlumat verilmir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir