Modern.az

Bələdiyyə seçkilərində FETÖ izinə görə 43 nəfər tutuldu

Bələdiyyə seçkilərində FETÖ izinə görə 43 nəfər tutuldu

5 May 2019, 21:47

Türkiyədə keçirilən bələdiyyə seçkilərində baş vermiş qanunsuzluqlarla bağlı aparılan araşdırma nəticəsində FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 43 nəfər saxlanılıb.

 

Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, şübhəlilərin ikisinin təşkilatın “ByLock” sosial şəbəkə istifadəçisi olduğu aşkar edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərində qanunsuzluqların araşdırılması məqsədilə ölkənin hakim Ədalət və İnkişaf Partiyası tərəfindən Ali Seçki Komissiyasına etiraz məktubu göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi