Modern.az

Qəzzada 18 fələstinli öldürüldü: 110 yaralı var

Qəzzada 18 fələstinli öldürüldü: 110 yaralı var

5 May 2019, 22:54

Son iki gündə İsrailin Qəzzaya atdığı raket zərbələri nəticəsində 18 fələstinli həlak olub.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl Kidra məlumat verib: “18 Fələstin vətəndaşı həlak olub, onlardan ikisi qadındır. Ana bətnində olan iki körpə də bu fəlakətə qurban gedib.110 nəfər yaralı var”.

 

Qeyd edək ki, İsrail bir sutka ərzində Fələstin tərəfinə 600 raket zərbəsi endirib, 300 məntəqə hədəfə alınıb. Fələstinin açdığı cavab atəşləri İsraildə 3 nəfərin ölümünə səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir