Modern.az

Trampın tviti Çin birjasını 5% çökdürdü

Trampın tviti Çin birjasını 5% çökdürdü

6 May 2019, 13:16

ABŞ prezidenti Donald Trampın yazdığı tvit Çinin maliyyə bazarına ciddi təsir göstərib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ liderinin bəzi Çin malları üçün gömrük rüsumlarını qaldıracağı ilə bağlı elan ciddi çaxnaşma yaradıb.

Tariflər ümumilikdə, 325 milyard dollar dəyərində Çin malına şamil olunacaq.

 

Bu xəbərlər fonunda Shangai indeksi 5,58% geriləyərək 2,906,46, Shenzhen indeksi isə 7,56% dəyər itirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir