Modern.az

ÇHP fövqəladə toplantı çağırdı

ÇHP fövqəladə toplantı çağırdı

Dünya

6 May 2019, 20:56

İstanbulda bələdiyyə seçkilərinin nəticələri ləğvi ilə bağlı qərardan sonra Cümhuriyyət Xalq Partiyası (ÇHP) fövqəladə toplantı çağırıb.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, seçkilərin nəticəsinin ləğvini bir “çevriliş” kimi dəyərləndirən ana müxalifət partiyası qərarının yaxın saatlarında açıqlanacağı bildirilir.

 

Qeyd edək ki, hələlik Ali Seçki Komissiyasının (YSK) yekun qərarı açıqlanmayıb.

 

Amma AKP-nin YSK təmsilçisi “Tvitter” səhifəsində də bu barədə paylaşım edib: “İstanbul seçkiləri yenilənir, xeyirli olsun”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!