Modern.az

Sərnişin təyyarəsi qəzaya uğradı

Sərnişin təyyarəsi qəzaya uğradı

Dünya

6 May 2019, 23:06

Meksikada 11 sərnişini daşıyan təyyarə qəzaya düşüb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Meksikanın Koauila ştatının Monklova bələdiyyəsi ərazisində "Bombardier Challenger 601" tipli özəl biznes-sərnişin təyyarəsi qəzaya uğrayıb.

Məlumata görə, təyyarə dağlıq ərazidə yerə çırpılıb.

Bildirilir ki, təyyarənin göyərtəsində iki ekipaj üzvü və 11 sərnişin olub. Onların taleyi barədə hələlik bir məlumat verilmir.

Qeyd edək ki, təyyarə ABŞ-ın Las-Veqas şəhərindən Meksikanın Monterrey şəhərinə uçurmuş.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi