Azərbaycanın futbol üzrə milli komandasının üzvü, Ağdamın “Qarabağ” komandasının hücumçusu Rauf Əliyevin karyerasını Türkiyədə davam etdirə bilər.
Türkiyənən bəzi xəbər saytları yazır ki, Bank Asya Liqasında çıxış edən “Göztepe” komandası 22 yaşlı azərbaycanlı futbolçu ilə razılaşma əldə edib.
“Türkiyənin Bank Asya Liqasıından olan klubların mənimlə maraqlandığını menecerimdən öyrəndim. Hələlik heç bir klubla rəsmi danışıqlar aparmamışam”.
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Qarabağ” klubunun hücumçusu Rauf Əliyev deyib:
Karyerasını ölkə xaricində davam etirmək istədiyini bildirən Əliyev daha sonra bunları deyib:
“İstərdim ki, legioner həyatı yaşayaraq özümü digər çempionatlarda da sınayım. Bir neçə klubun mənimlə maraqlandığından xəbərdaram. Lakin hələ bir dəqiq söz deyə bilmərəm. Hələ ki, bir qədər dincəlmək haqda düşünürəm”.
Modern.az