Modern.az

Dünya tennisinin canlı əfsanəsi karyerasını bitirməyəcək

Dünya tennisinin canlı əfsanəsi karyerasını bitirməyəcək

7 May 2019, 13:56

Tennis tarixinin ən çox Qrand Slam çempionu olan Rocer Federer karyerası haqqında danışıb.

 

Modern.az xəbər verir ki, “Marka” qəzetinə danışan Federer “özümü hələ də gənc hiss edirəm. Uşaqlarım mənim gənc qalmağıma kömək edirlər. İnsan bu yaşlarda özünə daha çox diqqqət etməlidir. Məsələn, gənc vaxtı xəstələnəndə bir gün istirahət yetərliydisə, indi 3 gün lazım olur. Zədələnən zamanda bu hal belədir. Yaş artıqca, özünüzə daha da yaxşı baxmalısınız”.

 

Yaşının çox olmağına baxmayaraq, rəqabətdən əl çəkməməsi ilə bağlı danışan isveçrəli ”əslində buna mən də təəccübləndim. 10 il əvvvəl Roland Qarrosu qazandıqdan sonra 10 il sonra Madriddə çempion olub, ilk 4 içində yer alacağımı desəydilər inanmazdım. Mən heç vaxt bir yarışda ikinci turda vidalaşmaq üçün çıxmaram. Mənim həmişə hədəfim qazanmaq olub”.

Özünün, Nadalın və Cokoviçin son 15 ilə damğa vurmağı haqqında danışan Rocer, ”Üçümüzdən sonra Mörri və Vavrinka da var, amma biz başqa birin bu yarışda qalib gəlməsinə və 1-ci sıraya qalxmasına icazə vermədik. Bizim üçümüzün xarkterimiz fərqlidir amma qaznma istəyimiz eynidir. Biz medya və təyziq ilə necə başa çıxacağımızı bilirik”.

 

Novruz NOVRUZLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır