Modern.az

Şamaxıda zəlzələdən sonra qəzalı məktəb qeydə alınmayıb

Şamaxıda zəlzələdən sonra qəzalı məktəb qeydə alınmayıb

7 May 2019, 14:27

"Şamaxı rayonunda zəlzələdən sonra sosial obyektlər sırasında bir sıra obyektlərə baxış keçirilib və tam qəzalı vəziyyətdə olan məktəb qeydə alınmayıb" .

 

Modern.az xəbər verir ki, bu sözləri fevralın 5-də Ağsu, İsmayılllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərə dair 3 aylıq hesabat brifinqi zamanı Şamaxı rayonunun icra başçısı Tahir Məmmədov deyib.

 

Onun sözlərinə görə, yalnız 2 saylı şəhər məktəbinin bir korpusunda bərpaya ehtiyacı olan müəyyən fəsadlar var:

 

"Ona görə də şagirdlər dərs prosesini həmin məktəbin təhlükəsiz hissəsində davam etdirirlər".

 

İsmayıllı rayonunun icra başçısı Mirdamət Sadıqov bildirib ki, komissiya Gəraybəyli kənd orta məktəbinin yenidən tikintisinə qərar verib.

 

Onun sözlərinə görə, bundan əlavə bir sıra kəndlərdə "Regional İnkìşaf" İctimai Birliyinin birbaşa dəstəyi ilə sosial obyektlər tikilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?