Modern.az

Azərbaycanın peşəkar tərcüməçisi vəfat etdi

Azərbaycanın peşəkar tərcüməçisi vəfat etdi

7 May 2019, 14:53

Azərbaycanın peşəkar tərcüməçisi və tanınmış ədib Hamlet Qoca vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə mərhumun dostları bildiriblər.

Hamlet Qoca Xarici Dillər İnstitutunun Fransız dili şöbəsini bitirib, tələbəlik illərindən tərcüməçiliklə məşğul idi.
Azərbaycan dilinə tərcümə ədəbiyyatı fonduna G.Mopassanın hekayələri, Anri Truayanın hekayələri, Jorj Simenonun «Malular ailəsi», Fransuaz Saqanın «Salam qüssə», Ann Flippin «Bir göz qırpımı», Mari Luiza Verin «Peretin nağılları», Nikol Villelmanın «Samba və Kinaro», Andre Moruanın «Fəslin çiçəkləri» (1970), N.Visselmanın «Samba və Kinaro» (1982), «Fransız hekayələri», Ümmülbanunun «Qafqaz günləri» romanı daxildir.

Bir müddət Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda (1964-1966) çalışan Hamlet Qoca Mali Respublikasında tərcüməçi (1966-1968) işləyib. Tərcüməçilik fəaliyyətini davam etdirməklə yanaşı, Hamlet Qoca Azərbaycanın Asiya və Afrika ölkələri ilə həmrəylik Komitəsinin katibi (1971-1980), Əlcəzairdə keçmiş Sovetlərin ölkəsinin səfirliyində bölmə müdiri (1980-1982), Azərbaycan Televiziya və Radio Şirkətində Qərb ölkələri üzrə baş redaktor vəzifələrində çalışıb. Tərcüməçiliyə bir yaradıcılıq peşəsi kimi yanaşan və daim oxucularını yeni-yeni tərcümələri ilə sevindirən Hamlet Qocanın «Tam-tamlar ölkəsində» (1971), «Afrikada görüşlərim» (1986), «Üç Afrika səfəri» (1988), «Fransızlar yurdum haqqında» (1990) və s. kitabları işıq üzü görüb.

Mərhumun son böyük işlərindən biri də 418 səhifəlik "Fransız ədəbiyyatı antologiyası" idi.


Allah rəhmət eləsin...

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir