Modern.az

Abdulla Gül general Başbuğun həbsindən danışdı

Abdulla Gül general Başbuğun həbsindən danışdı

6 Yanvar 2012, 15:04

Türkiyə prezidenti Abdulla Gül Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi, təqaüdçü general İlker Başbuğun həbs olunması məsələsini şərh edib. Modern.az saytının “Hürriyət”  qəzetinə istinadən verdiyi xəbərə görə, Abdulah Gül deyib ki, məhkəminin qərarı olmadan heç kim günahkar elan edilə bilməz.
“Hamı qanun qarşısında bərabərdir, olaya soyuqqanlı yanaşılmalıdır”-deyə A.Gül açıqlamasında bildirib.

İlker Başbuğun həbs olunmasına münasibət bildirən Baş nazirin müavini Bəşir Atalay isə “ciddi hadisədir” deyib.
“Ədalətin ədalətli və cəld olması lazımdır. İlker Başbuğu biz təyin etdik, doğrudur. Ancaq işin detallarını mən də bilmirəm. Dəyərli iş yoldaşımız olub, buna şübhə yoxdur. Uzun illər bərabər işləmişik, terrora qarşı birgə mübarizə aparmışıq”-deyə Baş nazirin müavini qeyd edib.

Modern.az  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?