Modern.az

Koçaryan Şuşanın işğal ildönümü ilə bağlı azad olunmaycaq

Koçaryan Şuşanın işğal ildönümü ilə bağlı azad olunmaycaq

8 May 2019, 10:16

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı azad olunmayacaq.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Prokurorluq Koçaryanın işğal tədbirlərində iştirakı üçün müvəqqəti azadlığa buraxılması barədə müraciəti rədd edib. Əsas arqument olaraq işin artıq məhkəmə instansiyasında olması əsas gətirilib.

 

Xatırladaq ki, ötən gün Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejimin rəhbəri Bako Saakyan və eks-lider Arkadi Qukasyan Koçaryanın Şuşaya gəlməsi üçün müvəqqəti azadlığa buraxılmasını istəmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi